Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabah bu ərazidə qaz olmayacaq

Sabah bu ərazidə qaz olmayacaq

Tarix: 3 Oktyabr 2023 23:54

"Qaz İxrac" İdarəsinə məxsus "Digah-Novxanı" yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar 04.10.2023-cü il tarixdə saat 10:00-dan işlər başa çatanadək "Mehdiabad" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Milli.Az xəbər verir ki, bu haqda "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri görülən müddətdə Abşeron rayonunun Mehdiabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az


Etiketlər:  Sabah bu ərazidə qaz olmayacaq


RƏYLƏR