Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2023 13:30
Azərbaycana qarşı ifrat aqressiv mövqeyi, əsassız ittihamları və aşkar ermənipərəstliyi ilə seçilən Yuri Kim işsiz qaldı.
O, ABŞ-ın dövlət katibi Entoni Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi səlahiyyətlərini icra edirdi.
Lakin həmin vəzifəyə Dövlət Departamentinin digər əməkdaşı Ceyms O`Brayen təyin edilib.
Demokrat senator, ermənidən artıq erməni olmağa çalışan, Senatın xarici siyasət komitəsində sədrlik edən Robert Menendes korrupsiya ittihamları ilə qarşılaşandan sonra postunu itirən kimi onun dəstəsindəki Kim də hamisindən məhrum oldu.
Erməni lobbisinin pulları və təsir imkanları nə Menendesə, nə də Kimə yaraya bilmədi.