Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2023 07:06
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 26,7 min nəfərin yaşadığı Şimoda şəhərindən (Honsyu adası) 525 km cənub-şərqdə, 10 km dərinlikdə yerləşir.
Sunami təhlükəsi ilə bağlı hələlik heç bir məlumat verilməyib.