Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanla təzyiq dilində danışmaq qəbuledilməzdir - Rəsmi Bakıdan Fransaya MESAJ

Azərbaycanla təzyiq dilində danışmaq qəbuledilməzdir - Rəsmi Bakıdan Fransaya MESAJ

Tarix: 6 Oktyabr 2023 10:27

Azərbaycana təzyiq edilməsinə çağıran Fransa tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycanla təzyiq dilində danışmaq mənasız və qəbuledilməzdir.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Prezidenti Emmanuel Makronun Qranadada mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində qeyd edilib.

"Belə məsuliyyətsiz bəyanatlar vermək əvəzinə, Fransanın bölgəmizdə təcavüzkar Ermənistanın dəstəklənməsi və silahlanmasına yönəlmiş, bölgədə sülh və sabitliyə mane olan məkrli siyasətinə son qoyması daha faydalı olardı.

Azərbaycan erməni sakinlərin Azərbaycanın Konstitusiyası və qanunvericiliyi çərçivəsində reinteqrasiyası üçün müvafiq tədbirlər həyata keçirir və ölkəmiz hər zaman olduğu kimi, Ermənistanla qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünə hörmət əsasında bölgəmizdə sülh quruculuğunda ən maraqlı tərəfdir",- deyə bildirilib.

Milli.Az


Etiketlər:  Azərbaycanla təzyiq dilində danışmaq qəbuledilməzdir Rəsmi Bakıdan Fransaya MESAJ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ