Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2023 07:33
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel İspaniyanın Qranada şəhərində azərbaycanlı jurnalist, İctimai Televiziyanın xəbərlər üzrə direktoru Fikrət Doluxanovun sualını cavablamaqda çətinlik çəkib.
O, "Avropa İttifaqı Qarabağdan və Ermənistandan köçmək məcburiyyətində qalan 1 000 000 azərbaycanlı ilə bağlı niyə 30 il susub? Niyə indi Ermənistan adından danışır? Avropa İttifaqı bundan sonra tərəfsiz vasitəçi ola biləcəkmi?" suallarına "Bəli, Avropa İttifaqı qərəzsiz vasitəçidir" deyə cavab verib.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel isə bənzər suala qısaca cavab verib və sürətlə ərazini tərk edib.