Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makron niyə Bakıya sanksiya təklifinə qarşı çıxdı?

Makron niyə Bakıya sanksiya təklifinə qarşı çıxdı?

Tarix: 7 Oktyabr 2023 09:45

Avropa Parlamentində fəaliyyət göstərən deputatların çoxu korrupsiyaya bulaşıb. Hətta onların keçmiş vitse-spikeri Eva Kayli və onun ətrafında olan bəzi əməkdaşları məhz korrupsiya ittihamı ilə həbs olunublar. Digər tərəfdən, bunlar müəyyən dərəcədə erməni lobbisinin maliyyə dəstəyi ilə seçilib. Bu da məlum faktlardır.

Bu sözləri Axar.az-a siyasi şərhçi Fikrət Sadıqov Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, parlamentin bu qərarından islamafob, türkəfob təzahürləri açıq şəkildə hiss olunur:

"Əminəm ki, hər şeyi başa düşürlər, şübhə etmirlər ki, Azərbaycan öz ərazisini bərpa edib, etnik ermənilərə orada yaşamağı və reinteqrasiya olmağı təklif edib. Başqa nə etməlidir Azərbaycan?"

Politoloq Avropa Parlamentinin qətnaməsinin icbari xarakter daşımadığını da vurğulayıb:

"Bu, tövsiyə xarakerlidir. Sanksiya Avropa Birliyinin rəhbərliyi tərəfindən tətbiq oluna bilər. AB-nin rəhbəri isə Şarl Mişeldir. O, indi Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi və sülh sazişinin imzalanmasının tərəfdarıdır. O da bəllidir ki, oktyabrın axırına görüş təyin olunub. Bu görüşdə Azərbaycan və Ermənistan rəhbərliyi iştirak edəcək. Ona görə də Avropa Parlamentinin bu qətnaməsinin heç bir əhəmiyyəti yoxdur".

Politoloq bildirib ki, hətta Avropa Azərbaycana qarşı hər hansı məhdudlaşdırıcı tədbirlər görməyə nail olsa belə, bunun Bakı üçün bir o qədər də əhəmiyyəti olmayacaq:

"Azərbaycan Avropadan yox, Avropa Azərbaycandan asılıdır. Avropa bizim qazımızdan istifadə edir. Bir müddətdən sonra bizim oraya nəql etdiyimiz qazın həcmi iki dəfədən çox artacaq. Hətta Makron da başa düşür ki, sanksiyaların heç bir əhəmiyyəti olmayacaq, əksinə, özü də etiraf etdi ki, əks-təsiri ola bilər".


Etiketlər:  Makron niyə Bakıya sanksiya təklifinə qarşı çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ