Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanı Naxçıvanla birləşdirəcək körpü tikilir - VİDEO

Azərbaycanı Naxçıvanla birləşdirəcək körpü tikilir - VİDEO

Tarix: 7 Oktyabr 2023 16:24

Zəngilanda Azərbaycanla İran arasındakı avtomobil körpüsünün təməli qoyulub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında inşa edilən körpünün və sərhəd-gömrük infrastrukturunun təməlqoyma mərasimində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş iştirak ediblər.

Bildirilib ki, bu yol İran ərazisindən keçməklə Azərbaycanı Naxçıvanla birləşdirəcək.

Araz çayı üzərində körpünün tikntisi ilə bərabər çayın əvvəlki məcrasına qaytarılması istiqamətində işlər görüləcək. Mərasimdə İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında inşa ediləcək yeni dəmiryolu xətti və körpülərin planları barədə də məlumat verilib.

Politoloqlar hesab edirlər ki, bununla da Ermənstan növbəti dəfə regionun iqtisadi layihələrinə qoşulmaq imkanını əldən verdi. Başqa sözlə, Ermənistan dalan, kənarda qalmış dövlət statusunu daha da möhkəmləndirdi.

Artıq Azərbaycanın Ermənistana ehtiyacının olmadığı bir daha gün kimi aydın oldu. Azərbaycan İran vasitəsilə Naxçıvanla bağlantı yaradır ki, bu da Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialının artırılmasına, eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət edəcək. Bu, region ölkələrinə əlavə imkanlar da yaradacaq.

Qeyd edək ki, təməli qoyulan yeni layihə tranzit yükdaşımalarını və Naxçıvanla gediş-gəlişi asanlaşdıracaq. Məntəqə gün ərzində ən azı 1100 yük-nəqliyyat vasitəsi qəbul edə biləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Azərbaycanı Naxçıvanla birləşdirəcək körpü tikilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ