Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pis günlərin yoldaşı: Kriminalist model sevgilisini necə ayaq üstə saxladı? - FOTOlar

Pis günlərin yoldaşı: Kriminalist model sevgilisini necə ayaq üstə saxladı? - FOTOlar

Tarix: 11 Oktyabr 2023 02:04

Devi Klassen adı futbolsevərlərin bir qisminə yaxşı tanışdır. O, "Ayaks" futbol məktəbinin yetirməsi olan və böyük perspektiv vəd edən futbolçulardan biri idi.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Niderland millisinin üzvü nədənsə potensialını aça bilmədi. O, 2017-ci ildə böyük ümidlərlə "Everton"a transfer edilsə də, Mersesayd təmsilçisində özünü yaxşı tərəfdən göstərə bilmədi. Bir mövsüm sonra isə "Verder"ə transfer edildi. Onun Almaniyadakı macərası 2 il çəkdi. Daha sonra doğma klubuna döndü.

Amsterdam təmsilçisində isə işləri yaxşı getdi. Komandanın qazandığı uğurlarda pay sahibi oldu. Bunun nəticəsi kimi 30 yaşlı yarımmüdafiəçi yayda "İnter"ə transfer edildi.

Klassenin karyerası enişli-yoxuşlu olsa da, şəxsi həyatında nizam var. - Devi 8 ildir ki, Laura adlı xanımla sevgilidir. Cütlük münasibətlərini hələ rəsmiləşdirməsə də, yaxşı yola gedirlər.

Laura hər zaman Klassenin yanında olub. Niderlandlı futbolçunun toparlanaraq yenidən legioner həyatı yaşamasında onun rolu böyükdür. Bunun nəticəsi kimi Laura Devinin "İnter"lə müqavilə imzalama mərasimində iştirak edirdi.

Benşop ali təhsillidir. O, ixtisasca kriminoloqdur. Lakin son illərdə model və bərbər-stilist kimi fəaliyyət göstərir.

Milli.Az


Etiketlər:  Pis günlərin yoldaşı Kriminalist model sevgilisini necə ayaq üstə saxladı FOTOlar


RƏYLƏR