Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2019 23:33
Bakı. Trend:
AccessBank 2019-cu ilin üçüncü rübünə dair maliyyə hesabatını açıqlayıb.
Bankdan Trend-ə verilən məlumata görə, rüb ərzində AccessBank-ın aktivləri 12.629 mln. manatlıq artım nümayiş etdirərək 824.276 mln. manata çatıb.
AccessBank-ın kredit portfeli də artım nümayiş etdirib. İyunun sonuna 473.349 mln. manat həcmində olan xalis kredit portfeli üçüncü rübün yekununa 498.979 mln. manata yüksəlib ki, bu da 25.630 mln. manat artımdan xəbər verir. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan məqsədli ehtiyatları nəzərə almasaq, bankın ümumi kredit portfeli 607.186 mln. manat təşkil edib.
Rüb ərzində ən ciddi artımı depozit portfeli nümayiş etdirib. Belə ki, bankın depozit portfeli 31.363 mln. manat artaraq 646.713 mln. manata çatıb. Bankın depozit portfeli tarixi maksimumu yeniləməyə davam edir. Xüsusilə vurğulamaq istərdik ki, cari ilin əvvəlindən bankın depozit portfeli 145.575 mln. manat artıb.
Maliyyə hesabatının təhlili göstərir ki, ilin əvvəlində bankın menecmentinin verdiyi proqnozlar özünü doğrultmaqdadır. Belə ki, bank əməliyyat mənfəəti ilə işləməyə davam edir. Üçüncü rübdə bank 14.234 mln. manat həcmində xalis əməliyyat mənfəəti əldə edib. AccessBank gəlirliliyini də qorumaqdadır. Üçüncü rübun sonuna bankın gəlirləri 59.992 mln. manata çatıb ki, bu da ötən rüblə müqayisədə 14.141 mln. manat artımdan xəbər verir.
Hazırda bankın məcmu kapitalı 74.121 mln. manat təşkil edir ki, bu da requlyativ normadan (50 milyon manat) 24.121 mln. manat çoxdur.
Sentyabr ayının sonuna bankın ani likvildik əmsalı 82.95% təşkil edir ki, bu da normadan (30%) təxminən 2.8 dəfə çoxdur.
Maliyyə göstəricilərini şərh edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib: “Əsas maliyyə göstəricilərimizin müsbət dinamika nümayiş etdirməsi ondan xəbər verir ki, AccessBank müştərilərinin etibarlı maliyyə tərəfdaşı olaraq qalmaqdadır. AccessBank-ı əsas maliyyə tərəfdaşı kimi seçən müştərilərin sayının artması bizim üçün olduqca sevindirici haldır.
Missiyamıza sadiq qalaraq biz ölkənin iqtisadi artımının drayveri olan mikro, kiçik və orta sahibkarlığın, o cümlədən aqro sektorun inkişafına tam dəstək verməyə davam edirik. AccessBank cari ilin əvvəlindən aqrar sahədə fəaliyyət göstərən sahibkarlara 86 milyon manata yaxın kredit ayırıb ki, bunun təxminən 80 milyon manatı regionların payına düşüb. Biz bundan sonra da yeni texnologiyalardan istifadə edərək kiçik və orta sahibkarlığın inkişafına dəstək verməyə davam edəcəyik".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin