Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı aktyorun Moskvadaki dəbdəbəli toyundan görüntülər - VİDEO - FOTO

Azərbaycanlı aktyorun Moskvadaki dəbdəbəli toyundan görüntülər - VİDEO - FOTO

Tarix: 11 Oktyabr 2023 19:00

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı aktyor və video bloqer Şövqi Əhədovun toyu olub.  

Milli.Az bizim.media-ya istinadən bildirir ki, Moskvada dəbdəbəli restoranların birində baş tutan məclisdə bir sıra məşhurlar iştirak ediblər.  

Toyun aparıcılığı və idarəçiliyi "Tin uşaqları" qrupuna həvalə edilib. Dəvətlilər arasında məşhur pop ulduz Jony (Cahid Hüseyn) həm rəqs edib həm də çıxışı ilə qonaqları əyləndirib.  

Şövqinin xoş günündə prodüser Anar Mədətov da yanında olub. Anar məclisdən çəkdiyi görüntüləri və fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Şövqi ilə lentə aldığı "selfi"sini yayımlayan Mədətov bloqerə xoşbəxtlik arzu edib.
Qeyd edək ki, Ş. Əhədovun "Instagram" səhifəsinin 990 min izləyici kütləsi var.  
 

Milli.Az


Etiketlər:  Azərbaycanlı aktyorun Moskvadaki dəbdəbəli toyundan görüntülər VİDEO FOTO


RƏYLƏR