Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2023 22:54
"Ukrayna Silahlı Qüvvələri 2024-cü ilin yazından tez olmayaraq F-16 qırıcı-bombardmançı təyyarələri alacaq".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukrayna münaqişə zonasına silah tədarükü üzrə Qərb təmas qrupunun iclasının yekunları üzrə mətbuat konfransı zamanı deyib.
O, həmçinin əlavə edib ki, hazırda ukraynalı pilotlar döyüş təyyarələrini idarə etmək üçün təlimlər keçir. Nazir vurğulayıb ki, təlim ABŞ və bir sıra Avropa ölkələri tərəfindən təşkil olunub.