Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polis Koçaryanın oğluna təcili yardım çağırmaqdan imtina etdi

Polis Koçaryanın oğluna təcili yardım çağırmaqdan imtina etdi

Tarix: 12 Oktyabr 2023 14:20

Xəbər verdiyimiz kimi, sentyabrın son 10 günlüyündə Ermənistanda müxalifət tərəfindən keçirilmiş itaətsizlik aksiyalarından birində eks-prezident Robert Koçaryanın oğlu Levon Koçaryan saxlanılmışdı. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, hadisə zamanı baş vermiş pozuntularla bağlı vəkili Erik Aleksanyan danışıb. 

Onun sözlərinə görə, polis Koçaryanın həbsdə olan oğlu üçün həkim çağırmaqdan imtina edib. Vəkil ona qarşı zorakılıq tətbiq olunduğunu, bir neçə zərbə vurulduğunu deyib. 

"Nəticədə saxlanılan şəxsin tələblərinə baxmayaraq, cəmi yarım saat sonra təcili yardım çağırılıb", - Aleksanyan vurğulayıb. 

Milli.Az


Etiketlər:  Polis Koçaryanın oğluna təcili yardım çağırmaqdan imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ