Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail Qəzzaya işıq və su verilişinin bərpası üçün şərtini açıqladı

İsrail Qəzzaya işıq və su verilişinin bərpası üçün şərtini açıqladı

Tarix: 12 Oktyabr 2023 17:14

HƏMAS qruplaşması tərəfindən qaçırılan israilli əsirlər azad olunmayana qədər İsrail Qəzza zolağına elektrik enerjisi, su və yanacaq təchizatını bərpa etməyəcək.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki,  bu barədə İsrailin energetika naziri İsrael Katz öz "X" hesabında paylaşım edib. 

Onun sözlərinə görə, humanitar addım müqabilində humanitar cavab veriləcək. 

Xatırladaq ki, İsrail oktyabrın 7-si ölkə ərazisinin HƏMAS tərəfindən kütləvi raket atəşinə tutulmasına cavab olaraq Qəzza zolağının tam blokadaya alınması barədə qərar qəbul edib. Blokada çərçivəsində sözügedən əraziyə su, elektrik enerjisi və yanacaq verilişi tam dayandırılıb. Qeyd edək ki, Qəzza zolağı bütün bu resursların əsas hissəsini İsraildən əldə edirdi.

Milli.Az


Etiketlər:  İsrail Qəzzaya işıq verilişinin bərpası üçün şərtini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ