Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Tarix: 1 Noyabr 2019 10:03

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 65,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,59 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,79 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 60,11 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,99 dollar/barel azdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan nefti ucuzlaşdı


RƏYLƏR