Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2023 21:39
Oktyabrın 2-də Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinin önündə Azərbaycan icmasının "Biz sülh istəyirik!" adlı dinc etiraz aksiyası keçirilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə yerli vaxtla 15.00-dan 19.00-dək baş tutan aksiya Ermənistanın iddialarına və anti-Azərbaycan kampaniyasına etiraz məqsədilə gerçəkləşdirilib.
Aksiyada çıxış edənlər Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycana və xalqımıza qarşı törətdiyi qəsbkarlıq, təcavüz, etnik təmizləmə, soyqırımlar siyasətini, vandallıq aktlarını, mina terrorunu xatırladıblar.
Aksiya iştirakçıları Beynəlxalq Ədalət Məhkəməsindən Ermənistanın saxta iddialarını rədd etməyi, multukultural və sülhsevər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağı tələb ediblər.
Aksiya zamanı "Qarabağ Azərbaycandır!", "Azərbaycanın ərazi bütövlüyünə hörmət edin!", "Erməni separaçılığına son qoyulsun!", "Anti-Azərbaycan kampaniyasına son verin!", "Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir!", "Xocalını unutma!", "Cəncə terroru Ermənistan terrorunun nümayişidir!", "Ruben Vardanyan terrorizmin maliyyəçisidir!", "Dünya Gəncə terroruna susur!", "Biz Ermənistanın Bərdəyə qarşı terrorunu lənətləyirik!", "Biz terrorizmə YOX deyirik!", "Biz Ermənistanın sistematik kütləvi qətllərini lənətləyirik!" və sair şüarlar nümayiş etdirilib və səsləndirilib.
Qeyd edək ki, aksiya Ermənistanın müraciəti əsasında Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi (Ermənistan Azərbaycana qarşı) haqqında ictimai dinləmələrin təşkil olunduğu saatlarda keçirilib.