Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DİQQƏT: Sabah bu ərazilərdə qaz olmayacaq

DİQQƏT: Sabah bu ərazilərdə qaz olmayacaq

Tarix: 12 Oktyabr 2023 22:34

"Pirəkəşkül" QPS-də separatorun demontaj olunması, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar 13.10.2023-cü il tarixdə saat 09:30-dan işlər başa çatanadək "Pirəkeşkül QPS qolu" yüksək təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Milli.Az xəbər verir ki, bu haqda "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Qaradağ rayonunun Qaçqınlar şəhərciyi və Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonunun 28 May qəsəbəsinin, Abşeron rayonunun Çaylı-Qobustan yaşayış massivinin, həmçinin Abşeron rayonu ərazisində fəaliyyət göstərən bir neçə sənaye müəssisəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az


Etiketlər:  DİQQƏT Sabah bu ərazilərdə qaz olmayacaq


RƏYLƏR