Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2023 00:08
"G7" ölkələri HƏMAS-ın İsrailə qarşı terror hücumlarını kəskin şəkildə pisləyir və İsrail xalqına dəstəklərini bildirirlər.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu bu il G7-yə sədrlik edən Yaponiyanın maliyyə naziri Syuniti Sudzuki Marakeşdə keçirdiyi mətbuat brifinqində deyib.
"Biz birmənalı olaraq HƏMAS-ın İsrailə qarşı terror hücumlarını pisləyir və İsrail xalqına dəstəyimizi bildiririk"-deyə, o bildirib.
Yaponiya Bankının (Mərkəzi Bank - Qeyd) rəhbəri Kazuo Ueda Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin dünya iqtisadiyyatının vəziyyəti, gələcək inkişafı və maliyyə şərtləri ilə bağlı proqnozlarda onsuz da yüksək dərəcədə qeyri-müəyyənliyi gücləndirəcəyi qənaətində olduğunu bildirib.