Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan ilə Türkiyə arasında birgə əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO

Azərbaycan ilə Türkiyə arasında birgə əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO

Tarix: 13 Oktyabr 2023 21:00

Azərbaycanda dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 12-də Azərbaycan nümayəndə heyəti Türkiyənin Milli Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Anadolu Agentliyində görüşlər keçirib.

Görüşlər zamanı Türkiyə Milli Müdafiə Nazirliyinin media və dövlət kommunikasiyası ilə yanaşı, strateji kommunikasiya mexanizmi, Mədəniyyət və Turizm Nazirliyinin PR strategiyası, ölkənin təbliği və turizm potensialının təşviqi, Anadolu Agentliyinin ölkədaxili, regional və qlobal miqyasda fəaliyyəti, müasir dövrdə jurnalistika və media ilə iş mövzusunda təqdimatlar edilib, təcrübə mübadiləsi aparılıb. Həmçinin Azərbaycan ilə Türkiyə arasında informasiya və dövlət kommunikasiyası sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.


Etiketlər:  Azərbaycan ilə Türkiyə arasında birgə əməkdaşlıq məsələləri müzakirə edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ