Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsraildə BBC-nin jurnalistləri saxlanıldı

İsraildə BBC-nin jurnalistləri saxlanıldı

Tarix: 14 Oktyabr 2023 10:44

İsrailin paytaxtı Təl-Əvivdə BBC telekanalının jurnalistləri polis tərəfindən saxlanılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə BBC-nin məlumatında deyilir.

Bildirilib ki, İsrailə hücumları işıqlandıran media nümayəndələri silahla hədələnərək saxlanılıblar.

Məlumata görə, jurnalistlərin olduğu avtomobili saxlayan polis əməkdaşları onların sənədlərinə baxış keçirib. Hətta hadisəni lentə almağa çalışan jurnalistlərdən birinə zərbə də endirib.

Hadisənin səbəbləri araşdırılır.

Milli.Az


Etiketlər:  İsraildə jurnalistləri saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ