Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tovuzda zəncirvari qəza - 6 nəfər xəstəxanaya yerləşdirildi (ADLARI)

Tovuzda zəncirvari qəza - 6 nəfər xəstəxanaya yerləşdirildi (ADLARI)

Tarix: 1 Noyabr 2019 12:09

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda ağır yol qəzası qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə rayon ərazisində baş verib. Belə ki, "VAZ 21 06" və "VAZ 21 07" markalı minik avtomobilləri "TIR" markalı yük avtomobili ilə toqquşub.

İnsident nəticəsində 6 nəfər xəsarət alıb.

Hadisə nəticəsində xəsarət alan, rayonun Alakol kənd sakinləri - 1988-ci il təvəllüdlü Musayev Elvin İlqar oğlu, 1984-cü il təvəllüdlü Rüstəmova Sevinc İlqar qızı, 1957-ci il təvəllüdlü Tağıyeva Şamama Kərəm qızı, 1959-cu il təvəllüdlü Rzayeva Yelena Məcid qızı və 2002-ci il təvəllüdlü Rüstəmova Aylin Adil qızı müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, 7 yaşlı A.Rüstəmovanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tovuzda zəncirvari qəza nəfər xəstəxanaya yerləşdirildi ADLARI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ