Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ bu hüququ İSRAİLƏ VERDİ: Ordu istənilən vaxt...

ABŞ bu hüququ İSRAİLƏ VERDİ: Ordu istənilən vaxt...

Tarix: 15 Oktyabr 2023 22:56

"Birləşmiş Ştatlar Qəzza zolağına müdaxilə üçün quru əməliyyatının başlama tarixini və miqyasını İsrail Müdafiə Qüvvələrinin (IDF) müəyyən etmək hüququnu özündə saxlayır".

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

"IDF vaxtı təyin edəcək və bu əməliyyatın həcmini və xarakterini müəyyənləşdirəcək", - Sallivan qeyd edib.

O, əməliyyatın məqsədi ilə bağlı suala cavab olaraq deyib:

"Əməliyyat məqsədi İsrailin və yəhudi xalqının təhlükəsizliyini təmin etməkdir".

Bundan əvvəl İsrailin Qəzzada quru əməliyyatlarınə təxirə salındığı bildirilirdi. "The New York Times"ın məlumatına görə, əməliyyat oktyabrın 14-15-də başlamalı idi, lakin hava şəraiti ilə əlaqədar bir neçə gün təxirə salınması qərara alınıb.


Etiketlər:  ABŞ hüququ İSRAİLƏ VERDİ Ordu istənilən vaxt


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ