Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2023 09:14
Almaniyalı qapıçı Yan Dalgiç beyin şişindən dünyasını dəyişib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, 2023-cü il yanvarın 4-də Dalqiçin 25 yaşı tamam olub. Həmin gün o, xəstəxanaya yerləşdirilib və az sonra gəncə beyin şişi diaqnozu qoyulub.
Onun çıxış etdiyi xokkey komandası "Hannover Indians" oyunçunu maddi cəhətdən dəstəkləmək üçün "Həyatı xilas et" kampaniyasına başlayıb. Çox qısa müddətdə 120 min avrodan çox pul yığılıb.
Bundan sonra tibbi əməliyyat aparılıb, lakin onun faydası qısamüddətli olub.