Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsraildə azərbaycanlıların əsir düşməsi barədə RƏSMİ AÇIQLAMA

İsraildə azərbaycanlıların əsir düşməsi barədə RƏSMİ AÇIQLAMA

Tarix: 16 Oktyabr 2023 12:18

Azərbaycan vətəndaşlarının HƏMAS terror qruplaşması tərəfindən əsir götürülməsi barədə iddialar yayılıb. İddialara görə, terrorçular İsraildə 14 Azərbaycan vətəndaşını əsir götürüb, 3 nəfəri öldürüblər, 1 nəfər isə itkin düşüb. 

Sözü gedən xəbəri dəqiqləşdirmək üçün Azərbaycanın İsraildəki səfirliyi ilə əlaqə saxladıq.

Səfirlikdən News24.az-a verilən açıqlamada bildirildi ki, iddialar əsassızdır:

"Azərbaycan vətəndaşlarının İsraildə əsir düşməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayib".

--------

09:58

14 Azərbaycan vətəndaşı HƏMAS terror qruplaşmasının əsirliyindədir.

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu barədə "Guney Azfront" teleqram kanalı məlumat yayıb.

HƏMAS terror qruplaşması son hücumları nəticəsində həlak olan və itkin düşən məhbusların siyahısını 44 ölkə vətəndaşının daxil olduğu "Əl-Əqsa fırtınası" adlı milliyət təsnifatı ilə təqdim edib.

Siyahıya əsasən, HƏMAS terrorçuları İsraildə 14 Azərbaycan vətəndaşını əsir götürüb, 3 nəfəri öldürüblər, 1 nəfər isə itkin düşüb.

Milli.Az


Etiketlər:  İsraildə azərbaycanlıların əsir düşməsi barədə RƏSMİ AÇIQLAMA


RƏYLƏR