Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2019 13:33
Bakı. Samir Əli - Trend:
Bu gün bəzi kütləvi informasiya mənbələrində Xətai rayonu, M.Rüstəmov küçəsində qazıntı aparılan yerə avtobusun təkərinin sürüşərək düşməsi barədə məlumatlar yayılıb.
“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, həmin ərazidə qazıntı işləri bir müddət əvvəl aparılıb: "100 mm diametrində polietilen kəmərin çəkilişi üçün 70-80 sm enində və 80 sm dərinliyində qazıntı işləri görülüb. Lakin bu günlərdə iş tamamlanıb, qazılan yer doldurularaq asfaltlanmanın ilkin mərhələsi yekunlaşıb. Bu gecə isə bəzi yerlərdə yolun alt hissəsinin qaçması müşahidə edilib. Ehtimal etmək olar ki, bu yağış sularının yağması səbəbindən qeydə alınıb. Buna baxmayaraq təqdim etdiyimiz foto və videomaterialda ciddi bir çöküntü müşahidə olunmur".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin