Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Öldürülən müğənni ilə bağlı yeni detal üzə ÇIXDI

Öldürülən müğənni ilə bağlı yeni detal üzə ÇIXDI

Tarix: 16 Oktyabr 2023 16:42

Bakıda əri tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilən müğənni Yaqut Nərimanla bağlı daha bir detal üzə çıxıb.

Milli.Az referans.az-a istinadən xəbər verir ki, jurnalist Könül Aypara müğənninin bir neçə il əvvəl ağır əməliyyat keçirdiyini deyib.
 
Bakıda əri tanınmış müğənninin başını kəsib, küçəyə atdı - FOTO

Onun sözlərinə görə, Y.Həşimova illər öncə beynindən əməliyyat olunub və çətinliklə sağlamlığına qovuşub.

"Allah lənət eləsin! O ailə Yaqutun sağ qalması üçün varından-yoxundan keçmişdi. Hər şeylərini satmışdılar ki, təki Yaqut sağ qalsın", - deyə o bildirib.

Milli.Az


Etiketlər:  Öldürülən müğənni ilə bağlı yeni detal üzə ÇIXDI


RƏYLƏR