Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2023 19:32
Oktyabrın əvvəlində ABŞ hərbçilərinin Suriyada Türkiyə PUA-sını vurması ilə bağlı insidentdən sonra Ankara İsveçin NATO-ya üzvlük ərizəsinin ratifikasiyası məsələsindəki mövqeyinə yenidən baxa bilər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Hürriyət" qəzetinin yazarı Abduqadir Selvi yazıb.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər ABŞ-ı bu hadisəyə görə kifayət qədər kəskin tənqid edir:
"Nəticə etibarı ilə bu, İsveçin NATO-ya daxil olmaq ərizəsinə Türkiyə parlamentində baxılması proseduruna mənfi təsir göstərə bilər. Əvvəllər hər şey parlamentin oktyabrda İsveçin müraciətini təsdiqləməsinin lehinə idi, lakin ABŞ Suriyada PUA-mızı vurduqdan sonra Ərdoğan yeni qərar verə bilər".