Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putindən Baydenə KRİTİK CAVAB: "Yaşa və öyrən, o zaman..."

Putindən Baydenə KRİTİK CAVAB:

Tarix: 17 Oktyabr 2023 22:10

"ABŞ Prezidenti Co Bayden öyrənməyə davam etməlidir".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Baydenin Rusiya liderini sıxışdırmaq istədiyini etiraf etməsinə münasibət bildirərkən deyib.

"Yaşa və öyrən. Öyrənməliyik, o zaman heç kimi sıxışdırmaq istəyi olmayacaq", - Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

O, həmçinin əlavə edib ki, Amerika prezidenti başqalarına hörmət etməyi öyrənməli və kompromislər axtarmağı bacarmalıdır.

Putin vurğulayıb ki, Rusiyanı sıxışdırmaq mümkün deyil. O, həmçinin qeyd edib ki, Bayden dünyanın ən təcrübəli siyasətçilərindən biridir və əgər onların Rusiya Federasiyası ilə münasibətlər qurmaqdan başqa vəzifələri yoxdursa, bu, pis deyil.

Milli.Az


Etiketlər:  Putindən Baydenə KRİTİK CAVAB Yaşa öyrən o zaman


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ