Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2023 08:52
ABŞ Maliyyə Nazirliyi radikal "HƏMAS" hərəkatına qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Qeyd olunub ki, ABŞ Maliyyə Nazirliyi bu həftə "HƏMAS"ın bir neçə liderinə qarşı yeni sanksiyalar tətbiq ediləcəyi barədə məlumat yayacaq.
Xüsusilə, buna nazirlikdə maliyyə kəşfiyyatı və terrorizmlə mübarizəyə cavabdeh olan Xəzinədarlıq katibinin müavini Brayan Nelson eyham vurub.
Onun sözlərinə görə, "HƏMAS"ın maliyyələşdirilməsi ilə mübarizə üçün bütün mövcud vasitələrdən istifadə ediləcək. Nelson vurğulayıb ki, ABŞ-ın və beynəlxalq maliyyə sistemləri HƏMAS-ın zorakılıq kampaniyasını alovlandırmaq qabiliyyətini inkar etməlidir.