Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nailə İslamzadə: "Tamaşaçılar görür, amma..."

Nailə İslamzadə:

Tarix: 19 Oktyabr 2023 09:20

Artıq 5-ci televiziya mövsümüdür ki, "Ötən günlər" efirdədir. Veriliş ruhən mənə çox yaxındır, təkcə mövzusuna görə deyil, eyni zamanda, qəhrəmanlarımızın işığına toplaşan və çoxunu 40 il ərzində televiziyada tanıdığım və birlikdə çalışdığım insanlarla yenidən ünsiyyət mənə zövq verir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Nailə İslamzadə instaqramda yazıb. Verilişin efirdən öncə çəkilən görüntülərini paylaşan aparıcı bildirib ki, kadrarxası söhbətlər daha maraqlı olur:

"Efirdə baş verənləri tamaşaçılar görür, amma kulis arxasındakı zarafatlarımızı verilişin redaktoru Turanə çəkib. Bu insanların hərəsi bir tarixdir", - o qeyd edib.

Milli.Az


Etiketlər:  Nailə İslamzadə Tamaşaçılar görür amma


RƏYLƏR