Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2023 12:54
ABŞ kəşfiyyatı Qəzza zolağında xəstəxananı kimin vurduğunu açıqlayıb.
Sonxeber.net Sfera.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Senatının Kəşfiyyat üzrə Seçilmiş Komitəsinin sədr müavini Marko Rubio danışıb. "Kəşfiyyat Komitəsi Qəzzada Əl-Əhli xəstəxanasına hücumla bağlı kəşfiyyat məlumatlarını qəbul edib və nəzərdən keçirib", deyə Rubio söyləyib.
O, fikirlərini bu cür davam etdirib: "Bu məlumatlara əsasən əminliklə deyə bilərik ki, Qəzza zolağında 800-dən çox sakinin ölümü ilə nəticələnən xəstəxanaya hücum İsrail ordusu deyil, terrorçular tərəfindən həyata keçirilib".
Xatırladaq ki, Qəzza zolağında xəstəxanaya hücum oktyabrın 17-də baş verib. Əvvəlcə İsrail və HƏMAS hadisədə bir-birini günahlandırıb. Yaxın Şərqin bir çox ölkəsi də İsrailə qarşı ittihamlar səsləndirib. Hadisədən az sonra İsrail tərəfi bəyan edib ki, mülki infrastruktura hücuma "İslami Cihad" qruplaşması tərəfindən uğursuz raket buraxılışı səbəb olub. Mark Rubio isə öz açıqlaması ilə İsrailin versiyasını təsdiqləyib.