Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nigar Camal: “Qızlarım hər şeyə görə məndən icazə alırlar” - VİDEO

Nigar Camal: “Qızlarım hər şeyə görə məndən icazə alırlar” - VİDEO

Tarix: 20 Oktyabr 2023 03:05

"Qızlarım Jasmin və Səidə Londonda dünyaya gəlib. Onlar məndən nəsə istəyəndə mütləq şəkildə icazə alırlar. Fərqi yoxdur, hər şeyə görə  icazə alırlar. Hətta olur ki, qızlarımın istədikləri yerə getmələrinə icazə vermirəm.

Demirəm ki, yox getməyəcəksən. Başa salıram ki, getməsən yaxşı olar. Onlar da bir az düşündükdən sonra mənimlə razılaşırlar və getmirlər. Qızlarıma hər şeyi ehtiyatla başa salıram. Jasminin 17, Səidənin isə 16 yaşı var. İndi onlar elə bir yaşdadırlar ki, üstlərinə getmək olmaz". 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri Azərbaycana 2011-ci ildə "Avroviziya" sevinci bəxş edən müğənni Nigar Camal qonaq olduğu "Xəzər axşamı" verilişində deyib. 

Qızları Jasmin və Səidədən söz açan sənətçi bildirib ki, onları vaxtaşırı tənbeh edir: 

"Dünən qızım Jasmini danlamışam. Məsələn deyir ki, bu geyimi istəyirəm. Amma mən ona hər istədiyini almıram. Əgər çox lazımdırsa yalnız o zaman alıram. Bilirəm ki, onun indi nədənsə xoşu gəlirsə, bir-iki gündən sonra deyəcək ki, xoşum gəlmir. Ona görə almıram. Onun xasiyyətini çox yaxşı tanıyıram. Bilirəm ona nə olar, nə olmaz". 

Nigar hazırda anasının Londonda qızlarının yanında olduğunu vurğulayıb: 

"Anam hazırda Londonda qızlarımın yanındadır. Anam Londonu çox sevir. Orada onun çox sayda rəfiqələri və dostları var. Baxmayaraq ki, mən uzun illərdir ki, Londonda yaşayıram, amma mənim anamdan fərqli olaraq cəmi bir- iki yaxın dostum var. Çünki mən insanlardan uzaq olmağa çalışıram". 

Milli.Az


Etiketlər:  Nigar Camal Qızlarım hər şeyə görə məndən icazə alırlar VİDEO


RƏYLƏR