Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail üçün müdhiş “Stalinqrad ssenarisi”…

İsrail üçün müdhiş “Stalinqrad ssenarisi”…

Tarix: 20 Oktyabr 2023 14:06

İsrail ordusunun Qəzzaya quru əməliyyatına hazır olduğu rəsmi şəkildə açıqlanıb. Əməliyyatın gecikməsi müxtəlif səbəblərlə əlaqələndirilsə də, misal üçün, hava şəraitinin uyğun olması və s - bu, daha çox ABŞ və Britaniyanın dəstəyinin alınmasından qaynaqlanırdı. Bayden və Sunakın səfərindən sonra müttəfiqlərinin İsrailə "yaşıl işıq" yandırdığı görünür.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, quru əməliyyatı İsrail üçün asan olmayacaq, bunu özləri də etiraf edir. Həmasın 30-40 minlik silahlı dəstəsi var və Qəzzanın altında hörümçək toruna bənzər tunellər qazıblar. Ərəb mediası Qəzzanın İsrail üçün bataqlıq ola biləcəyini yazır. Misal üçün, Əl-Cəzirə Stalinqrad ssenarisinin baş verə biləcəyini proqnozlaşdırır.

Belə ssenari müharibənin uzanacağı və döyüşlərin regional miqyasa keçə biləcəyi riskini yaradır.


Etiketlər:  İsrail üçün müdhiş Stalinqrad ssenarisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ