Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İngiltərə millisinin baş məşqçisi dəyişir?

İngiltərə millisinin baş məşqçisi dəyişir?

Tarix: 20 Oktyabr 2023 21:52

Futbol üzrə İngiltərə millisinin baş məşqçisi dəyişə bilər.

Milli.Az "report"a istinadən bildirir ki,  Qaret Sautqeytin 2024-cü ildə təşkil olunacaq Avropa çempionatından sonra yığmanı tərk etmək ehtimalı var.

İngiltərə Futbol Assosiasiyası 53 yaşlı mütəxəssislə müqaviləni yeniləmək öhdəliyinə şübhə ilə yanaşır. Sautqeyt postunu tərk etmək qərarına gələrsə, artıq ona əvəzedici axtarılacaq. Bu posta əsas namizəd hazırda "Nyukasl"ın "sükanı arxasında" olan Eddi Haudur.

Qeyd edək ki, İngiltərə millisi oktyabrın 17-də seçmə mərhələ matçında İtaliyanı 3:1 hesabı ilə məğlub etməklə final mərhələsinə vəsiqə qazanıb. Qaret Sautqeyt 2016-cı ildən komandanın baş məşqçisidir.

Milli.Az


Etiketlər:  İngiltərə millisinin baş məşqçisi dəyişir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ