Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-də sinaqoq rəhbəri evinin yanında meyiti tapıldı

ABŞ-də sinaqoq rəhbəri evinin yanında meyiti tapıldı

Tarix: 22 Oktyabr 2023 09:06

ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərinin mərkəzində "Isaac Agree Downtown" sinaqoqunun qəyyumlar şurasının sədri Samanta Uoll evinin yaxınlığında ölü tapılıb. Onun bədənində çoxsaylı bıçaq xəsarətlərinin izləri aşkar edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Detroit Free Press" məlumat yayıb.

Detroyt polisinin məlumatına görə, qan izi hücumun 40 yaşlı qurbanın evində baş verdiyini göstərir.

Detroyt meri Mayk Daqqen "Detroytun gənc liderlərindən birinin" ölümündən sarsıldığını bildirib.

Nəşrin qeyd edib ki, Uoll 2022-ci ildən sinaqoqa rəhbərlik edir. Əvvəllər o, seçki kampaniyalarında iştirak edib və bir neçə demokrat siyasətçinin müşaviri olub.

Cinayətkarın və ya cinayətkarların hərəkətlərinin motivləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  ABŞ sinaqoq rəhbəri evinin yanında meyiti tapıldı


RƏYLƏR