Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ancelina Coli gəlinini araşdırmaq qərarına gəlib - FOTO

Ancelina Coli gəlinini araşdırmaq qərarına gəlib - FOTO

Tarix: 22 Oktyabr 2023 09:20

Hollivud ulduzu Ancelina Coli ilə keçmiş həyat yoldaşı Bred Pittin övladlığa götürdüyü oğulları Paksın şəxsi həyatı ilə bağlı iddiaya ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 19 yaşlı Paksın 20 yaşlı aktrisa Karmen Blançardla münasibətdə olduğu bildirilir. Cütlük ötən gün gəzintidə olarkən görüntüləniblər.

İddialar arasında Ancelinanın oğlunun münasibətindən narahat olduğu və buna müsbət baxmadığı yer alıb. Buna səbəb isə "Amerikan qorxu hekayəsi" serialının cəmi 1 bölümündə rol alan Kamenin bundan sonra heç bir layihəyə çəkilməmisidir. Belə ki, 2019-cu ildə atasının rejissoru olduğu "A World Away" filmində də rol alan aktrisanın portfelində başqa layihə yoxdur. Bununla yanaşı, Paks anasından Karmeni rahat buraxmağı istəyib, hər şeyi özünü həll edəcəyini deyib.

Qeyd edək ki, Ancelina ilə Bredin ümumilikdə altı övladı var; bioloji - Şilo, Noks və Vivyen, övladlığa götürülmüş - Maddoks, Paks və Zahara.

Milli.Az


Etiketlər:  Ancelina Coli gəlinini araşdırmaq qərarına gəlib FOTO


RƏYLƏR