Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın müdafiə nazirinin müavini “təkərə düşdü”

Ermənistanın müdafiə nazirinin müavini “təkərə düşdü”

Tarix: 23 Oktyabr 2023 19:56

"Sərhəddə vəziyyət nisbətən sabitdir".

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan yerli jurnalistlərə bildirib.

O, müdafiə nazirinin Fransaya səfərinə toxunaraq qeyd edib ki, Müdafiə Nazirliyi bununla bağlı müvafiq məlumat yayacaq.

Fransa ilə Ermənistan arasında silah-sursatın əldə edilməsinə dair sazişin imzalanıb-imzalanmadığını soruşduqda, nazir müavini sualdan yayınaraq belə cavab verib: "Müdafiə nazirinin Fransaya səfəri zamanı müzakirələrin nəticələri barədə müvafiq məlumat veriləcək".

Sarkisyana Qarabağ ərazisində keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri barədə də sual verilib.

"Bu təlimlər Ermənistan üçün təhlükə yaradırmı?" sualına Ermənistan müdafiə nazirinin müavini yayğın cavab verib: "Görürsən ki, biz heç bir məlumatı gizlətmirik, nə olursa-olsun, biz vaxtaşırı hər şeyi açıqlayırıq".


Etiketlər:  Ermənistanın müdafiə nazirinin müavini təkərə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ