Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2023 16:30
Ermənistanda hakim "Vətəndaş sazişi" fraksiyasının deputatı Qurgen Arsenyan Ermənistanın Rusiya Federasiyasındakı səfiri vəzifəsinə namizədliyi ilə bağlı mətbuatda yayılan məlumatı təsdiqləyib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə o, parlamentdə jurnalistlərlə söhbətində danışıb.
Arsenyan səfir olmağa razı olub-olmayacağı ilə bağlı suala qəribə cavab verib: "Hesab edin, instituta daxil olub, sənədləri verib, imtahanlardan keçmisiniz, orada oxumayacaqsınız? Siz də mənə eyni sualı verirsiniz", - deyə erməni siyasətçi bildirib.
Jurnalistlərin "Sizə belə bir təklif gəlibmi?" sualına Arsenyan daha da əsəbiləşib: "Mənim sənədlərim hazırda Rusiya Federasiyasındadırsa, necə təklif olmasın?"
Eyni zamanda, Qurgen Arsenyan Moskvanın onun namizədliyini rədd etməsi ilə bağlı məlumatları dezinformasiya adlandırıb.