Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2023 19:25
Müğənni Pink karyerasının əvvəlində həddindən artıq dozada narkotik qəbul etdiyi üçün ölümlə üz-üzə qaldığını etiraf edib.
Sonxeber.net olay-a istinadən bildriir ki, 44 yaşlı Pink 1995-ci ilin noyabrında, ilk səsyazma müqaviləsini imzalamazdan bir neçə həftə əvvəl, müxtəlif narkotik maddələri həddindən artıq dozada qəbul edib. Həmin vaxt isə ölümdən döndüyünü vurğulayıb.
O, bunu yeniyetmə vaxtı ailəsində baş verən hadisələrlə əlaqələndirib: "Valideynlərimin hər gün bir-birinin üstünə qışqırdığı, əşyalar atdığı evdə böyümüşəm. Onlar bir-birlərinə nifrət edirdilər. Sonra narkotikə başladım. Narkotik satdım. Sonra da evdən qovuldum" - deyə ifaçı bildirib.