Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2023 11:12
HƏMAS-ın hücumlarının heç nədən baş vermədiyini etiraf etmək lazımdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu BMT baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
"Fələstin xalqı 56 ildir işğala məruz qalıb. Onlar öz torpaqlarının zorakılıqla davamlı şəkildə tükəndiyini gördülər: insanları didərgin salındı, evləri söküldü. Onların çətin vəziyyətlərinin siyasi həllinə ümidləri sönməkdədir", - Quterreş bildirib.
İsrail BMT Baş katibinin bu açıqlamasından narazı qalıb. İsrailin BMT-dəki səfiri Gilad Erdan baş verənləri şok adlandırıb və baş katibin istefasını tələb edib:
"Uşaqların, qadınların və qocaların kütləvi şəkildə qətlə yetirilməsi kampaniyasına anlayış göstərən BMT-nin baş katibi bu quruma rəhbərlik etməyə layiq deyil. Mən onu dərhal istefaya çağırıram".
Qeyd edək ki, İsrail xarici işlər naziri Əli Kohen Quterreşlə görüşdən imtina etmişdi.