Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Musiqi öyrənmək uşaqları daha ağıllı edir?

Musiqi öyrənmək uşaqları daha ağıllı edir?

Tarix: 25 Oktyabr 2023 20:27

Oxumaq və musiqi alətlərində ifa etmək bacarığı yaddaşı yaxşılaşdırmır.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, uşaqlara musiqi öyrətməyin onların idrak qabiliyyətlərinə müsbət təsir etdiyi, yaddaşı yaxşılaşdırdığı, riyaziyyat və digər məktəb fənlərini öyrənməsinə kömək etdiyi düşünülür.

Lakin araşdırmalar belə bir əlaqənin mövcudluğunu təkzib edir. Alimlər ümumilikdə yeddi minə yaxın uşağın iştirak etdiyi 54 tədqiqatın nəticələrinin meta-analizini aparıblar. Bütün bu tədqiqatlar 1986-2019-cu illər arasında edilib. Məlum olub ki, oxumağı və ya musiqi alətlərində ifa etməyi öyrənmək bu qabiliyyətlərin növündən, tədqiqat iştirakçılarının yaşından və təhsil müddətindən asılı olmayaraq, uşaqların akademik fəaliyyətinə və intellektual qabiliyyətlərinə heç bir təsir göstərmir.

"Araşdırmamız göstərir ki, "musiqi uşaqları daha ağıllı edir" kimi məşhur inam əsassızdır. Bu o deməkdir ki, uşaqlara yalnız onların intellektual qabiliyyətlərini və ya məktəb qiymətlərini yüksəltmək məqsədi ilə musiqi öyrətmək tamamilə mənasızdır. Lakin musiqi öyrənmək uşaqlar üçün sosial bacarıqlarını və özünə hörmətini artırmaq baxımından faydalı ola bilər".


Etiketlər:  Musiqi öyrənmək uşaqları daha ağıllı edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ