Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Misirdə ilk qadın fironun məzarı tapıldı - FOTOlar

Misirdə ilk qadın fironun məzarı tapıldı - FOTOlar

Tarix: 25 Oktyabr 2023 21:06

Aparılan qazıntılar zamanı arxeoloqlar 5 min il əvvəl Misirə hökmranlıq edən ilk qadın fironun məzarını aşkarlayıblar. 

Milli.Az unikal.az-a istinadən bildirir ki, arxeoloqlar məzarın içərisindən üzüm toxumları və bəzi qiymətli əşyalar da tapıblar.

Orta Misirdə yerləşən bu məqbərənin unudulmuş qadın firon Meret-Neithinə aid olduğu bildirilir.  

Meret-Neith, əri King Djet və oğlu King Den ilə birlikdə qədim Misirin ilk sülaləsinin hökmdarlarından biri  olub. Meret-Neith qədim Misirin ilk qadın hökmdarı ola bilər. Ancaq bəzi ekspertlər bu nəzəriyyəni şübhə altına alırlar, çünki bu dövrdə qadınlar və qızlar ümumiyyətlə kral varisləri hesab edilmirdilər.

Milli.Az


Etiketlər:  Misirdə ilk qadın fironun məzarı tapıldı FOTOlar


RƏYLƏR