Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2023 09:12
ABŞ-nin Men ştatında baş verən atışma terror aktı kimi qiymətləndirilmir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ştatın İctimai Təhlükəsizlik Departamentinin rəhbəri Maykl Sasçaka məlumat verib.
Yüzlərlə hüquq-mühafizə orqanı əməkdaşı hadisəni törədən şəxsin axtarışına cəlb olunub.
"ABC News"un məlumatına görə, şübhəli şəxs Robert Kart keçmiş hərbçi olub və odlu silahlar üzrə təlimatçıdır.
Nəşrin bəzi mənbələri onun psixi pozğunluqdan əziyyət çəkdiyini də yazır.