Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

HƏMAS-ın girov götürdüyü şəxslərin sayı ARTDI

HƏMAS-ın girov götürdüyü şəxslərin sayı ARTDI

Tarix: 27 Oktyabr 2023 14:26

HƏMAS-ın girov götürdüyü şəxslərin sayı 229-a çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, girovların sayı 5 nəfər artaraq 229-a yüksəlib.

Xatırladaq ki, oktyabrın 7-si səhər saatlarında HƏMAS qruplaşması İsrail ərazisinə Qəzza zolağından raket atəşinə başlayıb. Nəticədə İsrail ordusu müharibə hazırlığı vəziyyəti elan edib və oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin müharibə vəziyyətinə daxil olduğunu elan edib. Əməliyyat "Dəmir qılınclar" adı alıb.

Milli.Az


Etiketlər:  HƏMAS ın girov götürdüyü şəxslərin sayı ARTDI


RƏYLƏR