Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2023 10:18
Braziliyanın Minas Gerais Federal Universitetinin alimləri narkotik aludəçiləri üçün kokain və onun güclü törəməsi olan krekin istifadəsindən sonra xoş hisslərin yaranmasının qarşısını alan dərman hazırlayıblar.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Calixcoca" dərmanı artıq siçanlar üzərində sınaqdan keçirilib. Peyvənd orqanizmin immun reaksiyasını işə salır, bu da dərmanların insan beyninə təsirini bloklayır və eyforiya, hallüsinasiya, tormozlanmanın (və ya əsəb gərginliyinin) qarşısını alır.
İndi alimlər peyvəndin optimal dozasını müəyyənləşdirirlər. Bundan sonra dərman insanlar üzərində sınaqdan keçirilə bilər. Alimlər üç mindən çox insanla klinik sınaqda könüllü olaraq iştirak etmələri üçün əlaqə saxlayıblar.