Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana hansı kəndlər qaytarılır? – Erməni KİV

Azərbaycana hansı kəndlər qaytarılır? – Erməni KİV

Tarix: 31 Oktyabr 2023 08:42

Erməni mediası Azərbaycanın Ermənistan ərazisində hələ də işğalda qalan kəndləri ilə bağlı Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyana sual ünvanlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Armen Abazyan suala cavabdan yayınıb və heç bir açıqlama verməyib.

Erməni mediasının yazdığına görə, Ermənistan rəhbərliyi anklavların Azərbaycana qaytarılması haqda müzakirələr aparır. Rəsmi İrəvan hələlik bunların hansı kəndlər olduğunu və Azərbaycana hansı prinsiplə veriləcəyini dəqiqləşdirməyib.

Xatırladaq ki, Qazaxın 7, Naxçıvanın isə 1 kəndi işğaldadır.

Milli.Az


Etiketlər:  Azərbaycana hansı kəndlər qaytarılır Erməni KİV


RƏYLƏR