Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

YARAT “İncə müşahidələr” adlı sərgisini İvanovka kəndində təqdim etdi – FOTO

YARAT “İncə müşahidələr” adlı sərgisini İvanovka kəndində təqdim etdi – FOTO

Tarix: 31 Oktyabr 2023 18:45

Cari ilin 23-27 oktyabr tarixlərində YARAT Müasir İncəsənət Məkanı, Azərbaycanın tanınmış və gənc rəssamları - Dadaş Adna, Rəşad Babayev, Mehrin Əlili, Nadir Eminov, Elturan Məmmədov, Ramal Kazım və Soltan Soltanlının əsərlərindən ibarət "İncə müşahidələr" adlı səyyar qrup sərgisini İsmayıllı rayonunun İvanovka kəndində yerləşən "DaMir House of Imagination" məkanında geniş auditoriyaya təqdim etmişdir. Ekspozisiyada YARAT-ın daimi kolleksiyasından, eləcə də rəssamlara məxsus müxtəlif medialarla yaradılmış əsərlər nümayiş olunmuşdur. Sərginin təntənəli açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, başçının müavini və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, həmçinin digər idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, mədəniyyət və idman işçiləri, tələbə və şagirdlərlə yanaşı 300-dən çox İsmayıllı sakinləri ekspozisiya ilə tanış olmuş, DJ Mosk19-un ifasında musiqi performansını izləmişdirlər.

"İncə müşahidələr" adlı səyyar qrup sərgisinin növbəti günləri müxtəlif təhsil və ictimai layihələrlə davam etmişdir. Bu silsilə tədbirlər çərçivəsində YARAT heyətinin muzeydə təhsil mövzusuna dair mühazirəsi və "YARAT ilə öyrən" interaktiv məktəb proqramı, habelə rəssamlar Ramal Kazım və Vüsalə Ağarazıyeva tərəfindən ustad dərsləri keçirilmişdir. Təhsil yönümlü tədbirlərlə yanaşı, rəssamlar Ramal Kazım, Nadir Eminov və fotoqraf Eltac Zeynalov ilə panel müzakirə, İlahə Babayeva ilə səs terapiyası və meditasiya, musiqili çıxışlar kimi ictimai proqramlar da təşkil olunmuşdur. Sərginin yekun günü "Ahmedowsky Trio" musiqi kollektivinin konserti ilə tamamlanmışdır.

Beş gün ərzində ekspozisiyanı, həmçinin sərgi çərçivəsində hazırlanmış təhsil və ictimai proqramları uşaq və gənclər ilə birlikdə 800-dən artıq digər nəslin nümayəndələri ziyarət etmişdir.

Sərgi Azərbaycan Respublikası İsmayıllı Rayon İcra Hakimiyyəti və "DaMir House of Imagination" məkanının təşkilati dəstəyi ilə həyata keçirilmişdir.

Milli.Az


Etiketlər:  YARAT İncə müşahidələr adlı sərgisini İvanovka kəndində təqdim etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ