Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2023 21:28
ABŞ Milli Müsəlman Demokratik Şurası (NMDC) və ABŞ Demokratik Partiyasının fəalları ölkə prezidenti Co Baydenə ultimatum verərək ondan İsrail üzərindəki nüfuzundan istifadə etməyi və noyabrın 1-dək Qəzza zolağında atəşkəsə nail olmağı tələb ediblər. Əks halda, Bayden 2024-cü il seçkilərində çoxlu sayda müsəlman seçicinin dəstəyini itirəcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, açıq məktubda ABŞ müsəlman liderləri Ağ Evi "təcili olaraq atəşkəs üçün təbliğat aparmağa" çağırıblar. Onların fikrincə, Qəzzada vəziyyət kritik həddə çatıb və məhz İsrailin ABŞ-dən qeyd-şərtsiz maliyyə və hərbi dəstəyi mülki əhalinin tələfatına səbəb olan zorakılığın davam etməsində mühüm rol oynayıb.
Bununla əlaqədar, müəlliflər Bayden administrasiyasından ABŞ-nin şərq vaxtı ilə 31 oktyabr çərşənbə axşamı, saat 17:00-a qədər (Bakı vaxtı ilə 1 noyabr 02:00) atəşkəsi təmin etmək üçün təcili addımlar atmağı tələb ediblər.