Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail ordusu hücuma keçdi - Beş istiqamətdən

İsrail ordusu hücuma keçdi - Beş istiqamətdən

Tarix: 1 Noyabr 2023 08:24

İsrail ordusu Fələstinin Qəzza zolağına beş istiqamətdən hücum edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Kanal bildirir ki, Qəzza zolağının şimalında İsrail hərbçiləri ilə fələstinli qruplar arasında şiddətli toqquşmalar gedir. Döyüş Beyt Hanun keçid məntəqəsi ərazisində qeydə alınıb.

Hələlik tərəflərin itkiləri barədə məlumat verilmir.

"Al Arabiya"nın qeyd etdiyi kimi, İsrail quru qüvvələrinin hərəkətləri Qəzza zolağının hava hücumları və artilleriya atəşi ilə eyni vaxtda həyata keçirilir.

Milli.Az


Etiketlər:  İsrail ordusu hücuma keçdi Beş istiqamətdən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ