Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Donuz ürəyi köçürülən ikinci xəstə də öldü

Donuz ürəyi köçürülən ikinci xəstə də öldü

Tarix: 1 Noyabr 2023 14:12

Dünyanın ikinci donuz ürəyi transplantasiyası xəstəsi Lourens Fosset ABŞ-da dünyasını dəyişib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki,  bu barədə ABŞ-ın Merilend Universitetinin Tibb Mərkəzinin bəyanatında deyilir.

Fossetin son mərhələ ürək çatışmazlığından əziyyət çəkdiyi qeyd edilir. Ənənəvi ürək transplantasiyası əvvəllər mövcud olan damar xəstəlikləri və ağırlaşmalara görə ona uyğun deyildi.

Xəstə donuz ürəyinin transplantasiyasına razılıq verdikdən sonra təxminən altı həftə yaşayıb.

"Böyük kədər hissi ilə dünyada ikinci geni dəyişdirilmiş donuz ürəyi transplantasiyası əməliyyatı keçirmiş, terminal ürək xəstəliyi olan 58 yaşlı Lourens Fossetin vəfatını elan edirik" deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Lourens Fossetə bu il avqust ayında donuz ürəyi köçürülmüşdü.


Etiketlər:  Donuz ürəyi köçürülən ikinci xəstə öldü


RƏYLƏR