Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2019 00:40
Bakı. Trend:
Böyük Britaniyanın "Brexit" partiyasının lideri Naycel Fərəc dekabrın 12-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, N.Fərəc bu barədə "BBC" telekanalına müsahibəsində deyib.
N.Fərəc bildirib: "Mən həyatımın sonuna qədər siyasətdə qalmaq istəmirəm. Əgər Boris Conson əsl "Brexit" tərəfdarıdırsa, bu seçkilərdə ona qarşı mübarizə aparmamalıyıq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin